Millimiz Serbiyada təlim-məşq toplanışındadır
- 14:30
- 24
14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçir.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Komanda hazırlıq prosesində Serbiyanın "Partizan" və "Srvena Zvezda" ilə yoxlama oyunlarında üz-üzə gələcək.
Toplanıış noyabrın 22-də başa çatacaq.