"Ordu" avrokubokda növbəti mərhələyə yüksəlib.
- 19:15
- 24
Voleybolçu kişilərdən ibarət "Ordu" klubu debüt etdiyi avrokubokda növbəti mərhələyə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Bakıda Çağırış Kubokunun 1/32 final mərhələsində Norveçin "Forde" klubuna qarşı cavab oyununa çıxıb.
Görüş GİN-in Voleybol Mərkəzində baş tutub. Cütün Norveçdə keçirilmiş ilk qarşılaşmasında 3:0 hesabı ilə qalib gələn "Ordu" doğma meydanda rəqibini eyni hesabla məğlub edib.
Beləliklə, hər iki oyunda qalib gələn "Ordu" klubu Çağırış Kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 1/16 finalda təmsilçimizin rəqibi Niderlandın "Simplex SSS Barneveld" klubu olacaq.
Çağırış Kuboku
19 noyabr
1/32 final (Cavab oyunu)
18:00 "Ordu"- "Forde" 3:0 (25:18, 25:18, 25:18)