Premyer Liqanın 25-ci turunun “Sabah” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin futbolçusu Jarl Marqarita üzündən zədə alıb.

Rekord.az xəbər verir ki, sözügedən oyunçu epizodların birində rəqibin cərimə meydançasında rəqib futbolçunun ehtiyatsız davranışı nəticəsində baş verib.

Maraqlıdır ki, həmin epizodda hakimlər buna heç bir reaksiya göstərməyiblər, hətta VAR-a da müraciət edilməyib. “Sabah” tərəfi isə bundan narazı qalıb.

Marqarita isə həmin epizodda üzündən aldığı zədənin fotosunu oyundan sonra sosial şəbəkə hesabında paylaşıb.