“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun meneceri Xorxe Mendeş oyunçunun “Sportinq”ə transfer olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Rekord.az “Record”a istinadən xəbər verir ki, o, belə məlumatların əsassız olduğunu deyib:

“Ronaldo, açıq şəkildə nümayiş etdirdiyi kimi “Sportinq”in qazandığı titulla qürur duyur. Ancaq hazırda onun karyera planları Portuqaliya ilə əlaqəli deyil”.

Qeyd edək ki, “Sportinq” cari mövsümdə Portuqaliya çempionluğunu rəsmiləşdirib. Ronaldo isə 2002/03-cü illərdə bu komandada çıxış edib.