Quba stadionu da süni örtük olacaq?
- 15:00
- 28
"Səbail"in Qubaya köçü böyük ehtimalla bu mövsüm baş tutmayacaq.
Rekord.az-a daxil olan məlumata görə, PFL Quba Olimpiya İdman Kompleksində oyun keçirilməsinə icazə vermir.
Buna səbəb stadionun qazonunun yararlı olmaması, drenaj sisteminin yoxluğudur. Deyilənə görə, qazonun dəyişdirilməsi gündəmdədir. Amma bir məsələ var ki, yeni qazon təbii olmaya bilər. Çünki Qubanın yağışlı iqlimini də nəzərə alıb yeni qazonu süni etmək variantı üzərində də götür-qoy edilir. Lakin yekun qərar hələ verilməyib.