"Sabah"ın gənc futbolçusu milli ilə bağlı planlarını açıqladı - MÜSAHİBƏ
- 13:00
- 25
U-20 millimizin üzvü "Sabah" klubunun futbolçusu Anar Hüseynov Rekord.az-a müsahibə verib:
- İraqın U-20 millisi ilə 0:0 oynadınız. Həm bu oyunu, həm də ümumi hazırlığı dəyərləndirərdin.
- Oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu, amma təəssüf ki, son anda bitiricilik olmadı. Çalışacayıq ikinci oyuna kimi bu səhvləri aradan qaldırıb qol vuraq. Hazırlığıa gəlincə, hər şey yüksək səviyyədədir, oteldə qalırıq, yüksək səviyyədə məşq edirik, çalışırıq baş məşqçinin bizdən olan tələbini yerinə yetirək.
- Baş məşqçinin sizdən tələbi nədir?
- İstəyirik ki, top bizdə daha çox qalsın. İlk növbədə deyir ki, top itirməyin. Onun fikirincə bizim futbolda əsas problemlərdən biri budur.
- Hər kəs dünya çempionatında sizdən yaxşı nəticə və oyun gözləyir. Bunu edə biləcəksiniz?
- Hazırlaşmaq üçün bir ilə yaxın vaxtımız var və hazırlaşacayıq.
- Sizin yaşda futbolçular əvəzedicilərin çempionatında oynayır. Bu çempionat istənilən effekti verir?
- Mən hazırda "Sabah"ın U-19 komandasının üzvüyəm və bu komanda da Çempionlar Liqasında oynadığımız üçün üst səviyyəni görmək imkanımız var.
- Məşqlərinizi harda edirsiniz?
- "Bank Respublika Arena"nın ehtiyat meydançasında məşq edirik. Oyunlarımızı isə əsas stadionda keçiririk.
- Əsas komandada məşq etmək imkanın olub?
- Hələ ki, yox.
- Futbolçu kimi kumirin kimdi?
- Belə bir kumirim yoxdur, amma uşaqlıqdan məni Dibalaya oxşadırdılar.
Anar XANLAROV