Donovan Donaldson “Gəncə”də
- 15:20
- 17
“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub Donovan Donaldsonu heyətinə qatıb.
ABŞ-dən olan basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Donaldson oyun qurucusu mövqeyində çıxış edən və karyerası ərzində Avropanın bir çox liqalarında oynamış təcrübəli basketbolçudur. 30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. Son klubu ilə Kiprin "Keravnos" komandası olub.