EEVZA çempionatında çıxış edən komandalarımızın heyəti açıqlanıb
- 14:20
- 25
Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edən 16 yaşadək qızlardan və oğlanlardan ibarət yığma komandaların heyəti açıqlanıb. "Rekord.az" xəbər verir ki, hər iki komandamıza 14 oyunçu cəlb olunub.
Gökhan Edmanın baş məşqçisi olduğu qızlardan ibarət millimizdə Dilarə Ağayeva, Fatimə Ağayeva, Aysu Həmizəli, Ulyana Kovolyava, Aydan Nuriyeva, Günel Bağırova, Yağmur Kərimova, Yeva Neçay, Aysel Həsənli, Məryəmnur İsgəndərova, Gülay Bağırlı, Xədicə Fətulla, Ayla Hüseynova, Zəhra Hüseynli forma geyəcəklər.
Cahangir Seyed Abassinin rəhbərlik etdiyi oğlanlardan ibarət millimizin uğurları üçün isə Əhməd
Məmmədli, Qüdrət Qayıblı, Nicat Məmmədli, Yusif Şixəliyev, Murad
Abbasov, Yusif Nəbiyev, Fərid İsayev, Fəqan Avazov, Yusif Qasımov, Rüfət
Hüseynov, Elcan Abdullazadə, Kamil Səmədov, Fərid Mustafayev, Cavidan
Əlizadə çalışacaqlar.
Qeyd edək ki, qızlarımız Estoniyanın Kaariku şəhərində təşkil olunan yarışda B qrupunda Estoniya, Litva və Ukrayna yığmalarına qarşı mübarizə aparacaqlar.Oğlanlarımız isə Latviyanın paytaxtı Riqada baş tutacaq yarışda B qrupunda Finlandiya və Latviya yığmaları ilə qarşılaşacaqlar. Hər iki yarış 19-22 noyabr tarixlərində keçiriləcək.