Ölkə çempionatında növbəti oyun baş tutub
- 15:26
- 36
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqanın 5-ci turu çərçivəsində bu gün "AZERRAIL" və "Murov Az Terminal" klubları üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. 3 set davam edən matçda "AZERRAIL" quru hesablı qələbəyə sevinib.
Super Liqa
18 noyabr
V tur
"AZERRAIL" - "Murov Az Terminal" 3:0 (25:22, 25:20, 25:23)