Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş üzrə Açıq Sumqayıt turniri keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.


U-17 yaş qrupunun idmançıları yunan-Roma və sərbəst güləş üzrə medallar uğrunda mübarizə aparacaqlar.


Yarış 21-22 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.