U-16 millilərimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayırlar
- 14:30
- 27
16 yaşadək voleybolçu qızlardan və oğlanlardan ibarət yığma komandalarımız Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayırlar. "Rekord.az" xəbər verir ki, hər iki komandamız 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) ilk oyununu bu gün keçiriəcək.
Qızlardan ibarət U-16 millimiz Estoniyanın Kaariku şəhərində təşkil olunan yarışda B qrupunda yer alıb. Rəqiblərimiz Estoniya, Litva və Ukrayna kollektivləri olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada təşkil olunan yarışda B qrupunda çıxış edəcək. Komandamız Latviya və Finlandiya yığmalarına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, hər iki yarışa noyabrın 22-də yekun vurulacaq.
EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı
Qızlar
19 noyabr
21:00 Estoniya - Azərbaycan
20 noyabr
18:00 Azərbaycan – Ukrayna
21 noyabr
21:00 Litva – Azərbaycan
Oğlanlar
19 noyabr
20:00 Latviya - Azərbaycan
20 noyabr
20:00 Finlandiya – Ukrayna