
"Qarabağ"ın sabiq futbolçusu "Neftçi"dən kənarlaşdırıldı
- 10 Yan 2022 13:00
- 2046
"Neftçi"nin aşağı yaş qurplarından birində baş məşqçi dəyişikliyi baş verib.
Rekord.az xəbər verir ki, U-11-in baş məşqçisi Emin Salmanov postundan qovulub.
Onun ümumiyyətlə klubdan uzaqlaşdırıldığı bildirilir.
Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. "Səbail"in müvafiq yaş qrupundan ibarət komandasının çalışdırıcısı Mahmud Əhmədov bundan sonra karyerasını "Neftçi"də davam etdirəcək. (fanat.az)