
Premyer Liqa: 23-cü turun hakimləri açıqlandı
- 15 Apr 2021 23:44
- 1068
Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Səbail” – “Qarabağ” matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
“Sumqayıt” – “Qəbələ” matçı isə Vüqar Həsənliyə həvalə olunub.
Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel
“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 18:00.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Sumqayıt Arena”, 20:15.