Çexiya millisi baş məşqçi Miroslav Koubeklə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyası məlumat yayıb.


Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.


Koubek 2025-ci ilin dekabrından yığmanı çalışdırırdı. Onun rəhbərliyi altında Çexiya millisi pley-offda İrlandiya və Danimarkanı məğlub edərək son 20 ildə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.


Buna baxmayaraq, yığma DÇ-2026-nı uğursuz çıxışla başa vurub. Çexiya qrup mərhələsində Cənubi Koreyaya uduzub (1:2), CAR-la heç-heçə edib (1:1), Meksikaya isə 0:3 hesabı ilə məğlub olaraq 1 xalla turnirlə vidalaşıb.