“Milan”dan növbəti transfer
- 12:00
- 20
“Milan” “Strasburq”un belçikalı futbolçusu Dieqo Moreyranı heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.
“Benfika”nın yetirməsi olan futbolçu 2023-cü ildə “Çelsi”yə keçib və həmin ilin avqustunda “Uimbldon”la Liqa Kuboku matçında London klubunun əsas komandasında debüt edib.
Moreyra 2023/24 mövsümündə “Lion”da da çıxış edib. 2024-cü ilin yayında isə “Strasburq”a keçib. Belçika millisinin üzvü sürəti və texniki imkanları ilə seçilir.