“Mançester Yunayted” İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə keçiriləcək final matçına itki ilə çıxacaq.

Rekord.az xəbər verir ki, buna “qırmızı şeytanlar”ın hücumçusu Antoni Marsialın zədələnməsi səbəb olub.

O, Premyer Liqanın sonuncu – 38-ci turunun “Fulhem”lə matçında (2:1) dizindən zədə alıb.

Xatırladaq ki, həlledici qarşılaşma iyunun 3-də keçiriləcək.