Bir neçə gün əvvəl sosial mediada "Kəpəz" FK-nın avtobusu barədə xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, futbolçular maşındakı vəziyyətdən narazıdırlar. Avtobusun içində problemlər, narahatlıqlar olduğu, yararsız halda olması deyilirdi. 


Məsələ ilə bağlı kluba müraciət etdik. Sorğumuza cavab olaraq "Kəpəz" tərəfi komandanın avtobusundan video çəkərək bizimlə paylaşdı. Videoda hər şeyin qaydasında olduğu, söylənilənlərin həqiqəti əks etdirmədiyi görünür.


Video aşağıdakı linkdədir: 

https://www.facebook.com/share/r/1DPu7tHwqR/