"Real"ın sabiq qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonero ilə boşanıb.

Rekord.az "Sport.es"ə istinadən xəbər verir ki, övladlarının qəyyumluğunu Saraya verən keçmiş qolkiper ailə evini tərk edib.

Onların bu qərarı verməsinin səbəbi haqda məlumat verilməyib. Cütlüyün 4 və 7 yaşlı oğlanları var. Kasilyasla Sara 11 il idi ki, birlikdə idilər.