Azərbaycan Kubokunun final oyununun biletlərinin satış tarixi açıqlanıb.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iyunun 2-də, saat 20:00-da başlayacaq “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri mayın 25-dən etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.