
Bakı klubunun baş məşqçisi bəlli oldu
- 15:06
- 53
Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası" klubunun yeni baş məşqçisi bəlli olub. "Rekord.az" xəbər verir ki, komandanı yeni mövsümdə millimizin ikinci məşqçisi Emin Əbilov çalışdıracaq.
Təcrübəli mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Əbilov son mövsümdə "Milli Aviasiya Akademiyası" klubunda köməkçi məşqçi kimi çalışıb.