“Milan” heyətini yeni oyunçu ilə gücləndirib.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Torino"nun futbolçusu Samuele Riççi transfer edilib.


23 yaşlı italiyalı dayaq yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. 


İtaliya mətbuatı yazır ki, "Mİlan" bu transfer üçün "Torino"ya 23 milyon avro və əlavə olaraq 1,5 milyon avro ödəyib.


Samuele Riççi ötən mövsüm A Seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.