Futbol üzrə Türkiyə Super Liqasının 2025/2026 mövsümünün püşkü atılıb.


Rekord.az xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" 1-ci turda səfərdə "Kayserispor"la üz-üzə gələcək.


"Fənərbağça" evdə "Alanyaspor"u sınağa çəkəcək.


Son çempion "Qalatasaray" isə səfərdə "Qaziantep"in qonağı olacaq.


8-ci turda "Qalatasaray" - "Beşiktaş", 11-ci turda "Beşiktaş" - "Fənərbağça", 14-cü turda isə "Fənərbağça" - "Qalatasaray" matçları gerçəkləşəcək.


Super Liqada yeni mövsümə avqustun 8-də start veriləcək.