“Vilyarreal” “Napoli”nin futbolçusu Rafa Marini heyətinə qatıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


La Liqa təmsilçisi 23 yaşlı müdafiəçini icarəyə götürdüyünü açıqlayıb. İspaniyalı oyunçu 2025/2026 mövsümünün sonuna qədər “Vilyarreal”da çıxış edəcək. Müqavilədə satınalma hüququ da yer alıb.


Rafa Marin ötən mövsüm cəmi 6 oyunda meydana çıxıb.