
İtaliya klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
- 10:30
- 44
İtaliya Futbol Federasiyası “Breşiya” klubunun peşəkar statusunu ləğv edib və komandanı ölkənin peşəkar liqalarından kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu qərarla klub növbəti mövsümdə İtaliya C Seriyasında iştirak etməyəcək.
1911-ci ildə əsası qoyulan "Breşiya" cari mövsümün sonunda B Seriyasını tərk etmişdi. Komandanın oyunçularına və heyət üzvlərinə maaş ödənilmədiyi, ümumi borcun isə 3 milyon avro olduğu bildirilir. Klubun sahibi Massimo Çellino azarkeşlərlə yaşadığı münaqişələrdən sonra bu məbləği ödəməkdən imtina edib.
Xatırladaq ki, vaxtilə bu klubun formasını Andrea Pirlo, Roberto Baco, Xosep Qvardiola və Mario Balotelli kimi ulduz futbolçular geyiniblər.