
“Qəbələ”də 3 illik müqavilə
- 10:00
- 55
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.
Ovusu ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.
Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.