Tanınmış futbolçu Radamel Falkao "Millonarios"dan ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.


39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, "Millonarios"un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.


Daha çox "Porto", "Atletiko" və "Monako"dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə "Qalatasaray"da da oynayıb.