“Liverpul” vəfat edən hücumçusu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə onun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Klubun yaydığı bəyanatda bildirilir: “20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”.


Jota sözügedən qarşılaşmada – Premyer Liqanın 30-cu turunda “Everton”a qarşı keçirilən oyunda yeganə qola imza ataraq komandasına 1:0 hesablı qələbə qazandırmışdı. 


Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Dioqo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.