Aldığı ciddi zədə səbəbindən futbolçu karyerasını vaxtından əvvəl bitirən Ağabala Ramazanov bir vaxtlar "Şerif"də forma geyinə bilərmiş.

Rekord.az-ın məlumata görə, Moldova təmsilçisi parlaq çıxış etdiyi, Çempionlar Liqasının qrupunda oynadığı dönəmlərdə Ağabalanı heyətinə qatmaq istəyib. Amma futbolçu bu təklifə "yox" deyib.


Latviyanın məşhur klubu "Skonto" da Ramazanovun xidmətində maraqlı imiş. Ona təklif göndərilib, Ağabala da təklifi qəbul edib və qardaşı Zaurla birlikdə Riqaya uçublar. Orada tərəflər arasında danışıq olub və müqavilə bağlanılmasına qərar verilib. Axşam otelə dönən Ağabala gözlənilmədən qərarını dəyişib və Zaura geri dönmək istədiyini bildirib. Deyib ki, burada çox darıxacaq və üstəlik də rus dilini bilmir. Böyük Ramazanov qardaşını fikirindən daşındırmağa cəhd etsə də, heç nə dəyişməyib və qardaşlar Bakıya dönüb.