Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 finalın cütləri müəyyənləşib. Rekord.az xəbər verir ki, pley-off mərhələsinin oyunlarına yanvarın 23-də start veriləcək.

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması 1/8 finalda Seneqal millisi ilə üz-üzə gələcək. “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin komandası – Qvineya yığmasını isə Qambiya ilə mübarizə gözləyir.

Növbəti mərhələdə üz-üzə gələcək komandaları və oyun günlərini təqdim edirik:

Afrika Millətlər Kuboku
1/8 final

23 yanvar

Burkina Faso – Qabon
Nigeriya – Tunis

24 yanvar

Qvineya – Qambiya
Kamerun – Komor adaları

25 yanvar

Seneqal – Kabo Verde
Mərakeş – Malavi

26 yanvar

Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya