AFFA nümayəndəsinə UEFA-dan təyinat
- 06 Avq 2026 14:20
- 96
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Tiflis şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.