14 yaşı var, kumiri Lev Yaşindi - MÜSAHİBƏ
- 19:00
- 30
"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" futbol turnirində çıxış edən "Sumqayıt"ın U-14 komandası dünən "Ulduz"a uduzsa da, komandanın qapıçısı Elvin İsgəndərli oyunu və qurtarışları ilə diqqət çəkdi.
Rekord.az oyundan sonra onun fikirlərini öyrəndi:
- Özünü təqim elə.
- Elvin İsgəndərli.
- Təvəllüd?
- 2013.
- Neçənci ildən futbolla məşğulsan?
- 3-cü sinifdən futbolla məşğulam.
- Niyə məhz qapıçı?
- İlk gələndə müdafiəçi kimi başlamışdım. Amma əllə oynamağı da sevirdim. Elə oldu ki, məşqçimiz qapıçı olmağı təklif etdi və mən də qapıçı oldum.
- Əsas hədəfin nədir?
- Gələcəkdə Premyer Liqaeda oynamaq. İnşAllah məşqlərdə çox çalışacam ki, buna nail olum.
- "Sabahın ulduzları" necə turnirdi?
- Əla turnirdi. Bizim inkişafımız üçün vacibdi.
- Ən çox bəyəndiyin qapıçı kimdi? Kumir kimi qəbul edirsən.
- Yev Laşin.
- Yaşın çox-çox əvvəl oynayıb, sən onun oyununu görməmisən axı.
- "Yutub"da oyunlarına baxmışam, ləzzət alıram.
- Bəs bizim çempionatda?
- Mehti Cənnətov. Boyu hündürdü, qapıçı kimi oyunu ləzzət edir.
- Bəs dünya futbolunda hansı qapıçını ən çox bəyənirsən?
- Noyer.
Anar XANLAROV