"Zirə" - "Torpedo" oyununun biletləri satışa çıxarılır
- 14:20
- 31
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo" (Gürcüstan) oyununun biletləri iyulun 7-də, saat 12:00-da satışa çıxarılacaq.
Bu barədə Rekord.az-a Azərbaycan təmsilçisindən məlumat verilib.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat təşkil edir.
Azarkeşlər biletləri "Zirə İdman Kompleksi"ndə və "Azfar"ın "Baku Arena" filialında əldə edə bilərlər.
Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.