“Zirə” Fakundo Melivilo və Şəhriyar Rəhimovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, argentinalı hücumçu ilə klub arasında bağlanmış müqavilənin müddəti başa çatıb.

Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.

"Zirə" PFK futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.