“Yuventus”un türk futbolçusu sıradan çıxdı
- 2020-11-23 21:00
- 571
İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Merih Demiral zədələnib.
Rekord.az xəbər verir ki, “Kalyari” ilə oyunda (2:0) sıradan çıxan 22 yaşlı futbolçu əzələsindən zədələnib.
Onun 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Demiralın UEFA Çempionlar Liqasında “Ferentsvaroş” və A Seriyasında “Benevento” ilə oyunları buraxacağı deyilir.
Türkiyə millisinin də üzvü olan futbolçu cari mövsümdə ümumilikdə 8 oyunda iştirak edib.