“Araz-Naxçıvan”ın üzvü İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub. 


Rekord.az xəbər verir ki, əməliyyat Açıbadem Ankara Hospitalda tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib.


Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.


Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib.