"Yuventus" Fransa millisinin futbolçusu Pyer Kalulu ilə yeni müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.


Ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu "Milan"da keçirən 25 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.


Kalulu ümumilikdə "Yuventus"un heyətində bütün yarışlarda 39 oyun keçirib və 1 qol vurub.