Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamızın 14 voleybolçu cəlb olunub.

Yığmamız bu il yarışda yeni baş məşqçi Boris Qrebennikovun  rəhbərliyi ilə çıxış edəcək. Onun köməkçiləri isə Eldar Əliyev və Akif Vəliyevdir.

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti: 

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə

Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou

Liberolar: Nihad Qasımov, Asif Əliyev