Yığmamız yoxlama oyununda "Minsk" klubuna məğlub olub
- 12:10
- 43
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıqları davam etdirir. “Rekord.az” xəbər verir ki, hazırda Belarusda təlim-məşq toplanışında olan komandamız iki yoxlama oyunu keçirib.
Boris Qrebennikovun rəhbərlik etdiyi yığmamız Belarusun “Minsk” klubu ilə qarşılaşıb. Hər iki oyun rəqibin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz Avropa Liqasının ilk tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.
Yoxlama oyunu (Belarus)
“Minsk” - Azərbaycan 4:0 (25:23, 25:12, 25:20, 25:21)
“Minsk” - Azərbaycan 3:1 (25:19, 25:22, 23:25, 25:16)