Yarımfinalın ikinci oyunlarına start verilir
- 12:30
- 32
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun Bakı klubunun 96:67 hesablı üstünlüyü ilə bitib.