Millimiz Avropa çempionatının cari mövsümünə məğlubiyyətlə start verdi
- 18:00
- 29
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının 1-ci seçmə mərhələsinə məğlubiyyətlə start verib.
Rekord.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Serbiya komandası ilə üz-üzə gəlib.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil olunan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 qrupda növbəti matçlarını noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro seçmələrinə qarşı keçirəcək.