Flikdən Bakıdakı oyunda tarixi nailiyyət
- 16:40
- 27
İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
Rekord.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Bakıda "Sabah"a qalib gəldiyi UEFA Çempionlar Liqasının oyununda qeydə alınıb.
61 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandaların turnirdə vurduğu qolların sayını 150-yə yüksəldərək, buna bütün həmkarlarından daha qısa müddətdə nail olub.
Flik bunu cəmi 49 oyunda bacarıb. Əvvəlki rekord "Barselona", "Bayern" (Almaniya) və "Mançester Siti"nin (İngiltərə) sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsus idi. Onun komandaları 150 qol həddinə 65 qarşılaşmada çatmışdı.
Xatırladaq ki, “Barselona” “Sabah” 4:1 hesabıyla qalib gəlib.