“Sabah”ın qapıçısının qurtarışı ÇL-in ən yaxşılar sırasına düşdü
- 15:20
- 27
“Sabah”ın qapıçısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşı “seyv”ləri sırasında yer alıb.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperin Bakıda İspaniyanın "Barselona" komandasına qarşı oyundakı "seyvi" "5-liy"ə düşüb.
Xatırladaq ki, Azərbaycan çempionu Liqa mərhələsinin 5-ci turunun oyununda rəqibinə 1:4 hesabı ilə uduzub.
Yeri gəlmişkən, Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıya çevrilib. 33 yaşlı qolkiper 5 turda 31 "seyv"lə yadda qalıb. "Bayquşlar"ın kapitanı bu göstəricidə bütün rəqiblərini geridə qoyub.