Voleybolçu kişilər arasında ölkə birinciliyində növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki,

bu gün 6-cı tur çərçivəsində "Gənclər" klubu "AZERRAIL"i qəbul edib.

Abşeron OİK-də təşkil olunan görüş qonaqların üstünlüyü ilə keçib. "AZERRAIL" 3set dava edən bu matçda quru hesablı qələbə qazanıb.


Super Liqa

26 noyabr

VI tur

   "Gənclər" və "AZERRAIL" 0:3 (12:25, 21:25, 13:25)