AFFA-nın Hakimlər Komitəsinin üzvləri, sabiq FIFA referiləri Asim Xudiyev və Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt” FK-nın kişi və qadınlardan ibarət əsas komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.


Rekord.az xəbər verir ki, “SOCAR Polymer Arena”nın konfrans zalında baş tutan tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.