"Xilasedici" Çempionlar Liqasında növbəti oyununu keçirib
- 20:10
- 28
Kişi voleybolçular arasında çempionlar Liqasında mübarizə aparan "Xilasedici" klubu növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təmsilçimiz 3-cü təsnifat mərhələsində Sloveniyanın " ACH Volley Ljubljana " kollektivi ilə üz-üzə gəlib.
Bakıda FHN-nin idman zalında təşkil olunan ilk görüş gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən matçda qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 26-da Sloveniyada baş tutacaq.
19 noyabr
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (İlk oyun)
"Xilasedici"- "ACH Volley Ljubljana" 1:3