Voleybolçu kişilərdən ibarət "Ordu" klubu debüt etdiyi avrokubokda növbəti mərhələyə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Bakıda Çağırış Kubokunun 1/32 final mərhələsində Norveçin "Forde" klubuna qarşı cavab oyununa çıxıb.

Görüş GİN-in Voleybol Mərkəzində baş tutub. Cütün Norveçdə keçirilmiş ilk qarşılaşmasında 3:0 hesabı ilə qalib gələn "Ordu" doğma meydanda rəqibini eyni hesabla məğlub edib. 

Beləliklə, hər iki oyunda qalib gələn "Ordu" klubu  Çağırış Kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, 1/16 finalda təmsilçimizin rəqibi Niderlandın "Simplex SSS Barneveld" klubu olacaq.


Çağırış Kuboku

19 noyabr

1/32 final (Cavab oyunu)

   18:00 "Ordu"- "Forde" 3:0 (25:18, 25:18, 25:18)