Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün qadın voleybolçuların Super Liqasında III tur çərçivəsində bir qarşılaşma baş tutub.

UNEC VK-nın idman zalında UNEC və “Azərmaş Abşeron” komandaları üz-üzə gəliblər.  Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Super Liqada növbəti oyun sabah keçiriləcək. GİN-in Voleybol Mərkəzində “Azərreyl” və “DH Volley” komandaları qarşılaşacaqlar.


19 noyabr 

Super Liqa 

III tur 

   UNEC - “Azərmaş Abşeron” 1:3 (25:15, 22:25, 17:25, 25:27)