Bu gün Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.


Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. "Xankəndi" doğma şəhərdəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


1-ci liqa

8-ci tur

19 noyabr


MOİK – “Səbail” - 0:0

Qırmızı vərəqə: E.Morqan, 75 ("Səbail")


“Mingəçevir” – “Baku Sportinq” 1:0

Qol: S.Oqunmola, 16.


“Xankəndi” – “Karvan-Yevlax” 0:2

Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77.