“Xankəndi” təcrübəli futbolçusu ilə vidalaşdı
- 13:30
- 41
2-ci Liqa təmsilçisi "Xankəndi" futbolçusu Sərxan Ağayevlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Xankəndi" turnir cədvəlində hazırda 39 xalla ikincidir.