La Liqa klubunda yeni baş məşqçi
- 19:00
- 31
“Espanyol”un yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta “Elçe”nin sabiq çalışdırıcısı Eder Sarabiya təyin olunub. Tərəflər müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalayıblar.
“Espanyol” bundan əvvəl Manolo Qonsaleslə yollarını ayırıb. Mütəxəssis İspaniya kubokunda “Sestao”ya 3:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Kataloniya təmsilçisi bu mövsüm La Liqada uğursuz çıxış edir. Komanda 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
“Espanyol” növbəti oyununu bu gün “Vilyarreal”a qarşı keçirəcək.